Modern.az

Vəzifəli şəxsə cinayət işi açıldı: Rüşvət alıb, yalan danışıb

Vəzifəli şəxsə cinayət işi açıldı: Rüşvət alıb, yalan danışıb

Aktual

2 Mart 2023, 12:40

Azərbaycanda İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb.

 

Bu barədə Modern.az-a Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

 

Zaqatala rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

 

Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

 

İbtidai istintaq davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı