Modern.az

Berdiməhəmmədovun Bakıya səfəri başa çatdı

Berdiməhəmmədovun Bakıya səfəri başa çatdı

Aktual

2 Mart 2023, 16:18

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri martın 2-də başa çatıb.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı