Modern.az

“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası - FOTO

“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası - FOTO

Aktual

11 Mart 2023, 12:57

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları bələdiyyələri bir araya gətirib.

 

Modern.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə şəhər, qəsəbə və kəndlərdə bələdiyyə üzvləri genişmiqyaslı ağacəkmə aksiyalarına qoşulub.

 

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təşkilatçılığı ilə keçirilən aksiya Bakının Nərimanov rayonu, şəhid Zaur Nudrəliyevin adını daşıyan ərazidə baş tutub.

 

Aksiya zamanı Abşeron yarımadasının iqliminə uyğun olaraq 200-dən artıq iynəyarpaqlı ağac əkilib, suvarma işləri, aqrotexniki qulluq işləri aparılıb, ətrafda abadlıq işləri görülüb.

 

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının nəzarəti ilə əkilən ağaclara yerli bələdiyyələr tərəfindən daimi qulluq göstəriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?