Modern.az

Şeyxin qardaşı bacısı oğlu olduğu deyilən avtoritetdən DANIŞDI

Şeyxin qardaşı bacısı oğlu olduğu deyilən avtoritetdən DANIŞDI

Aktual

11 Mart 2023, 18:20

Ötən gün Bakıda baş vermiş silahlı insidentdə adı hallanan kriminal avtoritet, “Brilyant” ləqəbi ilə tanınan Nicat Lənkəranskinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumu olduğu deyilir. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb. İddialara görə, cinayət aləmində nüfuz sahibi olan Nicat Lənkəranski QMİ sədrinin bacısı oğludur.

 

Belə bir informasiyanın doğru olub-olmadığını dəqiqləşdirmək üçün Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə ilə əlaqə saxladıq.

 

O, Modern.az-a açıqlamasında Nicat Lənkəranski adlı şəxslə qohum olmadığını deyib.

 

“Yayılan məlumat yalandır. Bizim həmin şəxslə qohumluq əlaqəmiz yoxdur”, - deyə deputat adı çəkilən avtoritetlə şəxsi əlaqəsinin olmadığını söyləyib.

 

Qeyd edək ki, ötən gün Bakıda iki nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib. Silahlı hücumun kriminal avtoritet Nicat Lənkəranskiyə qarşı təşkil olunduğu iddia edilir. O, hadisə zamanı hədəfdən yayına bilib.

 

Nicat Lənkəranski əslən lənkəranlıdır. O, mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin yaxın adamı olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?