Modern.az

Əhali pay torpaqlarından istifadə edə bilmir - Deputat

Əhali pay torpaqlarından istifadə edə bilmir - Deputat

Aktual

14 Mart 2023, 11:54

Azərbaycanda əhali pay torpaqlarından istifadə edə bilmir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Cavanşir Paşazadə bildirib.

 

Onun sözlərinə, pay torpaqlarının verilməsi ilə bağlı Kənd Təsarüfatı Nazirliyinə müraciət olunmalıdır.

 

Deputat Aydın Hüseynov da çıxışında pay torpaqları məsələsinə toxunub. “Uzun müddətdir şəhərdə yaşayan, amma hələ də adlarında pay torpaqları olan insanlar var. Bu şəxslər sosial müavinət almaq istəyəndə məlum olur ki, özünün də xəbəri olmadan illərdir adında pay torpağı var. Buna görə də müavinət ala bilmir. Düşünürəm ki, pay torpaqlarının paylanması, xəritəyə alınması və s. məsələlərə yenidən baxılmalıdır”,- deyə deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı