Modern.az

İslam dini Qərb üçün yad deyil - İhsanoğlu

İslam dini Qərb üçün yad deyil - İhsanoğlu

Aktual

15 Mart 2023, 10:04

İslam Qərb üçün yerli din sayılır.

 

Modern.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş baş katibi Ekmeleddin İhsanoğlu Bakıda İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda bildirib.

 

"Qərb üçün İslam dini yad deyil, Avropada müsəlmanların sayı milyonlarladır. Yerli müsəlmanlar əsrlər əvvəl Avropa ölkələrinə gəliblər. İnandırmalıyıq ki, müsəmanlar Qərb cəmiyyətlərini dəyişdirməyi qarşılarına məqsəd qoymayıblar. Həm də elə etməliyik ki, hamı mədəniyyətlərin çoxmüxtəlifliyi məhfumunu qəbul etsin. Bu məsələnin qəbul edilməsi çox vacibdir. Özümüzü həmişə tənqid etməyə çalışmalıyıq. Bizim adımızdan bunu kimsə edir.


Bizim ritorikamız dəqiq və düzgün olmalıdır. Münaqişələr göstərib ki, sülh çox asanlıqla dağıdıla bilər. Burada bizə lazımdır ki, qarşılıqlı etimadı quraq. Müsəlmanlar yeni sülh erasını istəyir”, - deyə Ekmeleddin İhsanoğlu vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı