Bir çox ölkələrdə belə düşüncə var ki, müsəlmanlar terrorçudur. Bu düzgün yanaşma deyil, eyni zamanda, belə düşüncə şiddətə gətirib çıxarır.
Modern.az xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri və daimi müşahidəçisi İsmet Cahan Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
"İslamofobiyaya qarşı ən yüksək səviyyədə tədbirlər görülməlidir. Xüsusilə qadınlar İslam dininin göstərdiyi geyim formasında olduqda onlara qarşı alçaldıcı rəftarlar göstərilir və hətta qeyd edilir ki, onlar "azad olunmalıdır". Avropada olan insanların bu baxımdan biliyi daha da artırılmalıdır. İslam haqqında məlumatı az olan insanların biliyini artırması üçün bu forum bir fürsətdir. Bir çox ölkələrdə belə düşüncə var ki, müsəlmanlar terrorçudur və bu düzgün yanaşma deyil, eyni zamanda bu düşüncə şiddətə gətirib çıxarır", - deyə səfir vurğulayıb.