İslamofobiyanın köklü şəkildə aradan qaldırılmasını arzu edirik.
Modern.az xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“Bəzi Avropa ölkələrində Qurani-Kərimin yandırılması dünyanın bir çox ölkəsində pis qarşılandı, beynəlxalq hüquq mexanizmlərinin işə düşməsinə təkan verdi. Bizim qurumun əsas məqsədi sülhə dəstək göstərməkdir. İslamofobiyanın köklü şəkildə aradan qaldırılmasını arzu edirik. İslamofobiya ilə mübarizə üçün hökumətlər bəzi qərarlar qəbul etməlidir. Cəmiyyətlər arası müzakirələr təşkil olunmalıdır. İslamofobiya insanlığa qarşı olan problemdir. Beynəlxalq təşkilatlar tolerantlığı təşkil etməlidir. Din və dini təcrübənin düzgün inkişafını təmin etməliyik".