Artıq bir neçə onilliklərdir ki, mən Azərbaycanda, Bakıda və bu gözəl respublikanın başqa şəhərlərində oluram. İndi Azərbaycan durmadan inkişaf edir və Azərbaycanın əsas götürdüyü fəaliyyət istiqamətlərindən biri də tolerantlıq prinsiplərinin təbliği, ölkədə yaşayan dini qrupların hüquq və azadlıqlarına hörmətdir.
Bunu Modern.az-a açıqlamasında Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədr müavini, Moskva İslam İnstitutunun rektoru Səfa Kərimov bildirib.
“Azərbaycanın ənənəvi dinlərinin nümayəndələri Moskvaya və ya başqa yerə gələndə, hətta bu gün konfransda Rus Pravoslav Kilsəsinin nümayəndələri ilə görüşəndə mən bir daha sual verdim ki, “Azərbaycanda hüquqlarınız pozulur?” Onların cavabı "yox" oldu. Bu, həm maddi, həm də mənəvi dəstəkdir.
Bakının uzun illərdir lider olması, dünyanın hər yerindən dinlərin başçılarının toplanması və Bakıya davamlı olaraq tanınmış ilahiyyatçıların, dünya dinlərinin nümayəndələrinin baş çəkməsi tolerantlıqdan xəbər verir. Şəhərdə gözəl pravoslav, xristian kilsələrinin və sinaqoqların, yeni məscidlərin tikildiyini biləndə görünür ki, respublikanın tarazlığı qorumaq əzmindədir.
Bütün dünya Qarabağda baş verənlərdən, xüsusilə də dini abidələrin, dəyərlərin dağıdılmasının şahidi oldu. Bu da bizi sarsıtmaya bilməzdi. Çünki hər bir mömin üçün ən müqəddəs Quran və məsciddir. Görəndə ki, sənin ziyarətgahın, məscidin nəinki dağıdılıb, daş üstündə bir daş belə qalmayıb çox pis olarsan. Qonşuların abidələrə laqeyd yanaşmaları təbii ki, ruhu dərindən incidir, dərin iz buraxır. Ona görə də burada bütün dünya dərk etməlidir ki, qonşu dövlətlər arasında hər hansı konflikt olsa belə, heç vaxt toxunulmaması lazım olan müqəddəs şeyləri dağıtmaq olmaz. Əks halda insanın mövcudluğu prinsipləri pozula bilər”.