Modern.az

Ukraynada qırıcı briqadaları yaradılıb

Ukraynada qırıcı briqadaları yaradılıb

Aktual

4 Aprel 2023, 08:40

Ukrayna Hərbi Hava Qüvvələri “Su-27” və “Miq-29” qırıcılarından ibarət beş briqadaya malikdir.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat bildirib.

 

Onun sözlərinə görə, döyüş təyyarələrinin Ukraynaya verilməsi tarixi addımdır: "Bu gün belə təyyarələrdən ibarət beş qırıcı briqadamız var: iki “SU-27” və üç “MİQ-29” briqadası...".

 

Yuri İqnat deyib ki, bu tip silahların ötürülməsi istiqamətində atılan ilk addım digər ölkələr üçün bir işarədir: "Növbəti addım kimi müasir qabaqcıl aviasiya platformalarının göndərilməsi olacaq".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı