Modern.az

Füzulidə müşavirə keçirilib - FOTOLAR

Füzulidə müşavirə keçirilib - FOTOLAR

Aktual

4 Aprel 2023, 09:50

Son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması rayonumuzda su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirib.

 

Füzuli Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, aidiyyəti dövlət qurumlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyələrin iştirakı ilə müşavirə keçirilmişdir. 

 

Müşavirədə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək cənab  Prezident İlham Əliyev 2020-ci il aprelin 15-də “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladığını,  Sərəncama əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının müsbət nəticələrindən danışdı. Rayon ərazisində mövcud olan su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə aidiyyəti qrumlardan ibarət yaradılmış Rayon Qərargahında müzakirələr aparılmışdır.

 

 Rayon İcra Hakimiyyətinin başçısı Qərargahın üzvlərinə, hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunması, mütəmadi olaraq monitorinqlər keçirilməsi, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlik prinsipləri əsasında verilməsi məsələsini gündəlik ciddi nəzarətdə saxlanılması, su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması, su israfçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi üçün tapşırıqlar veridi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı