Modern.az

Cəlilabadda əkin suları ilə bağlı müşavirə keçirildi - FOTOLAR

Cəlilabadda əkin suları ilə bağlı müşavirə keçirildi - FOTOLAR

Aktual

4 Aprel 2023, 12:28

Cəlilabadda əkin sahələrinin sudan səmərəli istifadə olunmaqla suvarılmasını təşkil etmək üçün xüsusi qərargahın müşavirəsi keçirilib.

 

Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti təşkilat rəhbərləri və rayon icra hakimiyyəti başçısının Cəlilabad şəhər, Üçtəpə, Təzəkənd, Alar, Günəşli, Əliqasımlı, Qarazəncir və Sabirabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.


Müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərancamında ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, çaylarda sululuğun və yağıntıların xeyli azalması və suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini vurğuladığı bildirilib. Rafiq Cəlilov rayon ərazisində suvarılan torpaqlarda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə xüsusi qərargahın yaradılması barədə 31 mart 2023-cü il tarixli Sərəncam imzaladığını, eyni zamanda əkin sahələrinin vaxtında və normal suvarılmasını, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proposional bölgü və növbəlik prinsipləri əsasında verilməsi məqsədilə tərtib olunmuş gündəlik nəzarət qrafiki təsdiq etdiyini bildirib. Rafiq Cəlilov yaradılmış işçi qrupuna, müşavirə iştirakçılarına və səlahiyyətli şəxslərə sudan səmərəli istifadə olunmasından irəli gələn məsələləri və sudan istifadənin nəzarət işlərini növbəlilik qrafiki əsasında təşkil etməsini tapşırıb.


Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Qalib Xudaverdiyev Cənub-Muğan kanalı vasitəsilə suvarılacaq əkin sahələri və veriləcək suyun kəndlər üzrə bölgüsü barədə danışaraq rayon ərazisinə veriləcək suyun xüsusi qərargah tərəfindən itkisinin maksimum qarşısının alınmalı olduğunu, eyni zamanda su israfçılığın, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməli olduğunu və su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılacağını bildirib.


Rayon icra hakimiyyəti başçısının müavini Nazim Şükürov əkin sahələrinin sudan səmərəli istifadə olunmaqla suvarılmasını təşkil etmək üçün xüsusi qərargahın yaradılması barədə imzalanmış sərəncamın, qrafikin vacibliyi barədə çıxış edərək rayonda sudan səmərəli istifadə istiqamətində mühüm addımların atıldığını qeyd edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı