Modern.az

Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsdiqləndi

Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsdiqləndi

Aktual

4 Aprel 2023, 12:46

Milli Məclis “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiq edib.

 

Modern.az xəbər verir ki, məsələ parlamentin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb.

 

Qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilir.

 

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı