Modern.az

Fazil Mustafa ilk dəfə danışdı, iranlı diplomatlar ifşa olundu - Modern.az-ın icmalı

Fazil Mustafa ilk dəfə danışdı, iranlı diplomatlar ifşa olundu - Modern.az-ın icmalı

Aktual

7 Aprel 2023, 09:28

Aprelin 6-sı İranın Azərbaycanda fəaliyyət göstərən agentlərinə qarşı növbəti əməliyyat, İran səfirliyinin 4 əməkdaşının ölkədən qovulması, Bakı məktəblərindən birində kütləvi zəhərlənmə, Fazil Mustafanın sui-qəsddən sonra ilk dəfə açıqlamaları və digər mövzular güdəmdə olub.

 

Modern.az dünənin icmalını təqdim edir:

 

Dünən Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq İranın Azərbaycanda "Kərimə" dövləti qurmaq istəyən şəbəkəsinə qarşı birgə əməliyyat keçirildiyini açıqlayıb. Bildirilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov bir neçə nəfərə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

 

6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib. 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir. İranın anti-Azərbaycan əməlləri bumeranq kimi onun özünə qayıdacaq. O, həmçinin qeyd edib ki, Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra Məşədi Dadaş məscidinə din xadimi təyin olunacaq.

 

Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetində toyuq əti yeyən şagirdlər zəhərlənib. Məlumata görə, məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb. Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

 

Mərkəzi Seçki Komissiyasına (MSK) 2022-ci il üzrə maliyyə hesabatı verən partiyaların sayı 39-a çatıb. Daha iki siyasi partiya maliyyə hesabatını təqdim edib. Ağasif Şakiroğlunun rəhbərlik etdiyi Gələcək Azərbaycan Partiyası (GAP) və artıq fəaliyyətinə son verən Azərbaycan Naminə Alyans Partiyası (ANAP) MSK-ya ötən ilin hesabatını göndərib. Hər iki partiyanın hesabatında heç bir gəlir və xərclərin olmadığı qeyd edilib.

 

Bir neçə gün əvvəl yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafa hadisədən sonra ilk dəfə geniş açıqlama verib. Deputat üzləşdiyi terror hücumu ilə bağlı "Real TV"yə danışıb. O, hadisə günü dostları ilə birgə restoranda iftar edib. Terror aktı restorandan çıxıb evə gələn zaman baş verib. Həmin vaxt maşını Fazil Mustafa özü idarə edib.

 

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda nəhəng körpü inşa ediləcək. Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq. Körpü Azərbaycanda ən böyük yol ötürücüsü olacaq. Yolun eni 9-10 metrə yaxındır.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. Lavrov Türkiyədə işgüzar şam yeməyində iştirak edib, rəsmi danışıqlar isə bu gün olacaq.

 

Fransa prezidenti Emmanuel Makron Çin lideri Si Tsinpinlə görüşüb. Makron görüş zamanı deyib ki, Çin Rusiyanı özünə gətirə və onu danışıqlar masasına qaytara bilər. Çin lideri “vaxt gələndə” Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng etməyə hazırdır.

 

Belarusun paytaxtı Minsk şəhərində MDB-yə üzv olan ölkələrin Müdafiə Nazirliklərinin nümayəndələrinin iclası keçiriləcək. 2 gün davam edəcək iclasda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

 

Dünən, həmçinin Türkiyənin sabiq prezidenti Turqut Özalın oğlu Ahmet Özal "Millət İttifaqı"nın prezidentliyə namizədi Kemal Kılıçdaroğlunu dəstəklədiyini elan edib. Parlament seçkilərində "Millət İttifaqı"na daxil olan 6 partiyadan 5-i vahid proporsional siyahı ilə iştirak edəcək. İttifaqdakı Səadət Partiyası, DEVA Partiyası, Gələcək Partiyası və Demokrat Partiya namizədlərini Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahısından irəli sürəcək.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Fazil Mustafa DTX-nin Hospitalında müalicə alır - DETALLAR

Bizim dünyamızın Əşrəfi... - SÖHBƏT

Təhsildə həssas dövr: Hər bir şagirdin psixoloji pasportu olmalıdır

Texnoloji sahəyə KÜTLƏVİ AXIN - Müsbət və mənfi məqamlar

Vardanyandan XƏBƏR VAR

ABŞ-ın nüfuzlu beyin mərkəzi Fazil Mustafaya sui-qəsddən YAZDI - İran izi...

İranla sərhəddə növbəti insident - 4 nəfər saxlanıldı

Deputatlardan İran parlamentinə ETİRAZ: Sizdən ancaq xəyanət gördük

Məktəbli oğlanın intiharının şok səbəbi - Direktor açıqladı

“Kərimə” planı ifşa olunan Rufulla Axundzadə kimdir?

Bu mahnılar qadağan olunsun! - Professordan təklif

“Sərhəddə döyüş olsa, biri də getməz” – Ekspertdən deputata etiraz

“Sevənə söyüş qoymuşam”, “Zor eləmişəm”, “Nağaracuğa” – Zərərli mahnıların siyahısı

Həm sürətli, həm də təhlükəsiz - Turizm üçün yeni imkanlar açılır

Azərbaycandan Türkiyəyə tələbə axını AZALIR? - Zəlzələyə görə

Ukraynaya nə qədər azərbaycanlı QAYIDIB?

Teleaparıcı “Space”dən getdi: “Təəssüf ki, kişilik axırdan 1-ci yerdə durur”

Köhnə “iPhone” işlədənlərin nəzərinə - Bu proqramlar bloklanacaq

Etirazçılar Makronun sevimli kafesini yandırdı - VİDEO

Bu gedişlə diplomatik əlaqələr tamamilə kəsiləcək - İrandakı sabiq səfirimiz

Türkiyədə deputat olmaq istəyən azərbaycanlıların TAM SİYAHISI

Pələnglərin xarakterik xüsusiyyətləri - Alimlər açıqladı

Azərbaycanda şikəst zövqlü nəsil formalaşıb - Cavanşir Quliyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?