Modern.az

Tramp yenidən məhkəmə qarşısına çıxarılır

Tramp yenidən məhkəmə qarşısına çıxarılır

Aktual

11 Aprel 2023, 07:54

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkun baş prokuroru Letitia Ceymsin açdığı 250 milyon dollarlıq mülki iddia üzrə ifadə vermək üçün Nyu-Yorka qayıdacaq.


Modern.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.


Nəşrin məlumatına görə, məhkəmə aprelin 13-də baş tutacaq.


Xatırladaq ki, aprelin 4-də Tramp rəsmi olaraq 2016-cı il seçki kampaniyası zamanı məşuqəsi Stormi Danielsin susması üçün gizli ödənişlər etmək də daxil olmaqla, 34 maddə üzrə biznes sənədlərini saxtalaşdırmaqda ittiham olunub. Prokurorluq onu şahid qismində işə cəlb etmək istəyib. Tramp həbs olunduğu Nyu-Yorkda məhkəmə iclasında şəxsən iştirak edib, lakin o, sonradan azadlığa buraxılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?