Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
İndiyədək ümumilikdə 830 423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 755 nəfər müalicə olunaraq sağalıb, 10 198 nəfər vəfat edib, aktiv xəstə sayı 470 nəfərdir.
Son sutka ərzində 1 463, hazırkı dövrədək isə 7 570 522 test aparılıb.
