Modern.az

Bakıdan uçan təyyarə Tbilisiyə çata bilmədi 

Bakıdan uçan təyyarə Tbilisiyə çata bilmədi 

Aktual

13 Aprel 2023, 11:52

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, təyyarə yerli vaxtıla saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

 

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?