Modern.az

Füzulidə Heydər Əliyevlə bağlı tədbir - FOTOLAR

Füzulidə Heydər Əliyevlə bağlı tədbir - FOTOLAR

Aktual

13 Aprel 2023, 12:00

Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili”elan edilib. Bu münasibətlə Füzuli rayonunda silsilə tədbirlər, konfranslar, toplantılar  keçirilməkdədir. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş növbəti “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı tədbir Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ziyalıları, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Modern.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb

 

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənib.

 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev müasir, müstəqil Azərbaycanın möhkəm təməlinin, eləcə də ölkəmizdə milli intibah dövrünün başlanğıcının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırdı. Bu milli intibahın əsas göstəricisi olaraq dövlətimizin dinamik inkişafını, xalqımızın milli birlik məqamına yüksəlməsini qeyd edən rayon rəhbəri  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun tariximizə həkk etdiyi böyük Zəfərin məhz bu milli intibahın davamı və Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsi olduğunu bir daha vurğuladı. Milli ordumuzun ilk uğuru olan, Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı ilə keçirilən  “Horadiz əməliyyatı”ndan bəhs edən Alı Alıyev bütün hərbi uğurlarımızın da mənbəyində Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinin dayandığını bildirib.

 

Daha sonra YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, regionun ən mükəmməl siyasi qurumu olan YAP-ın  Azərbaycanın  milli  intibahında müstəsna rol oynamasından, bu partiyanın fəaliyyətinin  Azərbaycanın bütün uğurlarının mənbəyində dayandığından bəhs etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda kadr potensialının formalaşması, azərbaycanlı gənclərin yüksək təhsil alması üçün atdığı mühüm addımlara diqqət çəkən Almaz Həşimova çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da uğurlu sabahlara addımladığını qəti şəkildə ifadə edib.

 

Tədbirdə şəhid atası Elxan Quliyev, rayon ziyalısı İbiş Səfərov, Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, Vətən müharibəsi qazisi Vüqar Nəbiyev, gənc hüquqşünas Səbuhə Namazova çıxış edərək Azərbaycanın müstəqilliyi, müxtəlif sahələrdə inkişafı, beynəlxalq səviyyədə tanınması, ordu quruculuğu, hüquqi bazanın yaradılması və digər sahələrdə qazanılan uğurlarda Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətindən, misilsiz əməyindən  bəhs ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?