Modern.az

İtkin düşən hərbçilərimiz Ermənistanda SAXLANILDI

İtkin düşən hərbçilərimiz Ermənistanda SAXLANILDI

Aktual

13 Aprel 2023, 13:34

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşən iki Azərbaycan hərbçisindən biri bu gün Ermənistan ordusu tərəfindən saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Digər hərbçinin bir neçə gün əvvəl saxlanıldığı açıqlanmışdı.

 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər.

 

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunduğunu bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?