Modern.az

Naxçıvanda İrandan Türkiyəyə aparılan narkotik aşkarlandı 

Naxçıvanda İrandan Türkiyəyə aparılan narkotik aşkarlandı 

Aktual

16 Aprel 2023, 22:55

Naxçıvanda külli miqdarda narkotik vasitə aşkar edilib.

 

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsindən ümumilikdə təqribi çəkisi 71 kiloqram 800 qram narkotik vasitə-heroin aşkar edilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...