Modern.az

Günün havası - Yağmursuz, külək, 20 dərəcə isti...

Günün havası - Yağmursuz, külək, 20 dərəcə isti...

Aktual

17 Aprel 2023, 07:40

Bu günə olan hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-16° isti olacaq.

 

Nisbi rütubət 60-70 %, atmosfer təzyiqi isə 771 mm civə sütunu olacaq.

 

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

 

Ayrı-ayrı yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?