Modern.az

Koronavirusdan öldüyü deyilirdi, 2 il sonra geri qayıtdı - Qəribə hadisə

Koronavirusdan öldüyü deyilirdi, 2 il sonra geri qayıtdı - Qəribə hadisə

Aktual

17 Aprel 2023, 08:29

Hindistanda 2 il əvvəl koronavirusdan vəfat etdiyi bildirilən Kamleş Patidar adlı şəxs bir neçə gün əvvəl ailəsinin yanına qayıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

 

Hadisə Madhya Pradeş vilayətinin Dhar şəhərində baş verib. Patidarın evə qayıtması onun üçün dəfn mərasimi təşkil edən ailəsini şoka salıb.

 

Məlumata görə, Kamleş Patidar 2021-ci ildə koronavirus pandemiyasının ikinci dalğasında ağır xəstə kimi Qucarat Dövlət Xəstəxanasına yerləşdirilib. Daha sonra xəstəxanadan onun öldüyü bildirilib və cənazəsi ailəsinə təhvil verilib. Ailəsi onun üçün yas mərasimi təşkil edib və cənazəsini dəfn edib.

 

Patidar hələlik 2 il ərzində harada olması ilə bağlı ailəsinə heç bir məlumat verməyib. Polis onun işini araşdırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?