Modern.az

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanıldı

Aktual

17 Aprel 2023, 10:08

Aprelin 15-də və 16-da ölkə ərazisində qeydə alınan 103, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?