Modern.az

ANAMA ilə “Azərişıq” ASC əməkdaşlığa başlayıb

ANAMA ilə “Azərişıq” ASC əməkdaşlığa başlayıb

Aktual

17 Aprel 2023, 09:52

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) istiqamətində digər qurumlarla birgə fəaliyyətini davam etdirir.

 

ANAMA-dan Modern.az-a bildiriblər ki, bu sahədə növbəti əməkdaşlıq “Azərişıq” ASC tərəfindən maarifləndirmə fəaliyyətinə verilən töhfədir. Belə ki, “Azərişıq” ASC tərəfindən abonentlərə təqdim olunan enerji istehlakına dair bildiriş qəbzlərinin arxa hissəsində ANAMA ilə razılaşdırılmış xəbərdaredici və maarifləndirici məlumatların çap edilməsinə başlanılıb.

 

Həmin xəbərdaredici qəbzlər Şuşa, Ağdam, Füzuli, Beyləqan, Xocavənd, Ağcabədi, Goranboy, Göygöl, Daşkəsən, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Tərtər və Bərdə rayonlarını əhatə edəcək.

 

Ümumilikdə müharibədən sonrakı dövrdə 393 mindən çox insan ANAMA “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” fəaliyyətindən faydalanıb. Həmçinin dövlət qurumları və özəl müəssisələrin mütəxəssisləri üçün “Təlimçilərin təlimi” maarifləndirmə proqramı davam etməkdədir.

 

Qeyd edək ki, ötən ildən etibarən Beyləqan, Füzuli, Zəngilan və Göygöl ərazilərindəki “Azpetrol” yanacaq doldurma məntəqələrində təqdim olunan ödəniş qəbzlərinin üzərində “Səni evdə gözləyən var. Minalar barədə məlumatlı ol, həyatını təhlükəyə atma!” mesajları yayımlanır.

 

Daha çox insanın təhlükədən qorunması məqsədilə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində yeni əməkdaşlıqlar çərçivəsində səylərimizi birləşdirməyə dəvət edirik. Qurumlararası birgə fəaliyyət minlərlə insan həyatının təhlükəsizliyinə zəmin yaradır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?