Modern.az

ATU ilə İğdır Universiteti arasında mümorandum imzalandı

ATU ilə İğdır Universiteti arasında mümorandum imzalandı

Aktual

17 Aprel 2023, 10:24

Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Iğdır Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Modern.az xəbər verir ki, ATU-nun rektoru professor Gəray Gəraybəyli və İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Almanın iştirakı ilə keçirilən görüşdə bu əməkdaşlığın, iki ali məktəbin elmi və təcrübi biliklər mübadiləsi aparması, peşəkar tibb kadrlarının hazırlanması baxımından çox önəmli olduğu vurğulanıb. Rektorlar Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində qarşılıqlı faydalı əlaqələrin mövcudluğundan məmnunluğunu bildirərək, bu qardaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini qeyd ediblər. Onlar  əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına inandıqlarını bildiriblər.

 

Əsas məqsədi akademik mübadilə və əməkdaşlığın genişləndirilməsindən ibarət olan Memorandum iki universitet arasında Tibb bacısı ixtisası üzrə tələbə-müəllim mübadiləsi, birgə layihələrin icrasını, ikili diplom məsələsində əməkdaşlığı və digər önəmli məqamları nəzərdə tutur.

 

Görüşdə həmçinin ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, ictimai səhiyyə fakültəsini dekanı, akademik Ramazan Erenler iştirak ediblər. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?