Modern.az

Xədicə İsmayılı küçə süpürməyə qoymadılar

Xədicə İsmayılı küçə süpürməyə qoymadılar

Aktual

17 İyul 2013, 12:52

“İsmayıllıya dəstək" aksiyasında iştirakına görə məhkəmənin barəsində tətbiq etdiyi 400 manat cəriməni ödəməkdən imtina edən tanınmış jurnalist Xədicə İsmayılın 220 saat icrabi əməyə cəlb olunması barədə xəbər vermişdik.
X.İsmayıl özü bildirmişdi ki, o, paytaxtın mərkəzi küçələrini süpürmək işini seçib. Amma cəzanın icrası ilə bağlı Məhkəmə qərarlarının icrası şöbəsinə çağırılan jurnalistə başqa yerləri süpürmək təklif olunub. Modern.az-ın xəbərinə görə, bu barədə Xədicə İsmayıl özü məlumat verib:

”İcra şöbəsinə çağırılmışdım. Getdim. Məni Əlillərin Bərpa Mərkəzinə apardılar. Orada Funksional Diaqnostika şöbəsində təmizlik işləri görməyi təklif etdilər. Soruşdum - bu məkan ictimaiyyət üçün açıqdırmı? Dedilər yox. İmtina etdim. Mənə əvvəl təklif olunmuş süpürgəçi işi ilə təmin olunmağımı tələb etdim. Dedim ki, ictimaiyyət üçün qapalı məkanda işləməyəcəyəm. Çünki Cəmil Hacıyevin başına gələnlərin başıma gələcəyi təqdirdə həqiqəti söyləyəcək şahidin belə, olmamasını istəmirəm. İcra məmuru işdən imtina etsəm, məni üç aylıq həbs gözlədiyini dedi. Dedim ki, mən nə işdən, nə həbsdən qorxuram. Amma görəcəyim işi ictimaiyyətin gözü qarşısında görmək istəyirəm”.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı