Avropa İttfaqının Şərq tərəfdaşlığı proqramı çərçivəsində Xarici İşlər Naziri Elmar Məmmədyarov Brüsseldə səfərdə olacaq. Modern.az xəbər verir ki, bu barədə XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu bgün keçirdiyi mətbuat konfransında bildirib.
“İyul ayının 22-də Brüsseldə keçirilən görüşdən sonra iyulun 23-də Parisdə işgüzar səfər gerçəkləşəcək”-deyən XİN rəsmisi əlavə edib ki, bu səfər çərçivəsində nazir fransalı həmkarı Loran Fabiusla görüşəcək. “Görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq və Azərbaycanın prinsipial mövqeyi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa çatdırılacaq”-deyə XİN rəsmisi vurğulayıb.
Aqşin Kərimov