Modern.az

Zaqatalada narkokuryer saxlanıldı

Zaqatalada narkokuryer saxlanıldı

Aktual

12 Sentyabr 2023, 14:16

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində külli miqdarda narkotik vasitə daşıyan Gəncə şəhər sakini Vidadi Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni Gəncə şəhərindən Zaqatalaya satmaq məqsədilə gətirdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı