Modern.az

Evdən və bank kartından oğurluq edən şəxs saxlanıldı

Evdən və bank kartından oğurluq edən şəxs saxlanıldı

Aktual

23 Noyabr 2023, 10:57

Nəsimi rayonu ərazisində mənzillərin birindən qızıl-zinət əşyaları, sənəd və bank kartının oğurlanması və həmin bank kartından 3000 manat pulun çıxarılması barədə polisə məlumat daxil olub.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Xuduyev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...