Modern.az

SPECA-ya sədrlik Azərbaycandan Tacikistana ötürüldü

SPECA-ya sədrlik Azərbaycandan Tacikistana ötürüldü

Aktual

23 Noyabr 2023, 12:57

SPECA-ya sədrlik Azərbaycandan Tacikistana ötürülüb.

 

Modern.az xəbər verir ki, bununla bağlı SPECA Rəhbər Şurasının Bakıda keçirilən 18-ci iclasında Tacikistanın təklifi dəyərləndirilib. Üzv ölkələr tərəfindən 2024-cü il üzrə Tacikistan SPECA-ya rəhbərlik edəcək ölkə seçilib.

 

Bildirilib ki, 19-cu SPECA Sammiti 2024-cü ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək.

 

Qeyd edək ki, SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?