Modern.az

Torpaq payı olanlar işsizlikdən sığorta ödənişi ala biləcək

Torpaq payı olanlar işsizlikdən sığorta ödənişi ala biləcək

Aktual

8 Dekabr 2023, 13:23

Torpaq payı olan vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihədə qeyd edilib ki, qanuna işsizlikdən sığorta ödənişinin ödənilməsi üçün əsas olan əmək müqaviləsinə xitam verilməsinin əsasları əlavə edilir.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?