Modern.az

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü

Aktual

25 Dekabr 2023, 13:32

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Beyləqan rayonunda keçiriləcək.

 

Modern.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Beyləqan rayonunda görüşü təşkil olunacaq.

 

Aksiya Gənclər Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabrın 27-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq.

 

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?