Modern.az

Daha bir partiya seçkilərdə İlham Əliyevi dəstəkləməyə qərar verdi

Daha bir partiya seçkilərdə İlham Əliyevi dəstəkləməyə qərar verdi

Aktual

25 Dekabr 2023, 14:58

Ana Vətən Partiyası Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə qərar partiyanın 23 dekabr tarixində keçirilən qurultayında qəbul edilib.

 

Deputat Fəzail Ağamalının rəhbərlik etdiyi partiyanın qurultayı zamanı təşkilatın nizamnaməsində dəyişikliklər edilib.

 

Qeyd edək ki, fevralın 7-də keçiriləcək seçkilər üçün 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Daha 8 nəfərin namizədliyinin irəli sürülməsi müzakirə ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?