Modern.az

Şahramanyana kortejdə getmək qadağan olundu

Şahramanyana kortejdə getmək qadağan olundu

Aktual

28 Dekabr 2023, 15:24

Qarabağdakı separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan İrəvan patrulu tərəfindən saxlanılıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Erməni KİV məlumat yayıb.

 

Məlumatı Ermənistan daxili işlər nazirinin mətbuat katibi Narek Sarkisyan təsdiqləyib. Qeyd olunub ki, polis separatçı rejimi buraxan Şahramanyanı kortejlə getdiyi üçün saxlayıb: "Şahramanyana xəbərdarlıq edilib ki, qanunla kortejdə getmək hüququ yoxdur. Yol hərəkəti qaydalarını pozublar, ona görə xəbərdarlıq edilib, protokol tərtib olunmayıb". 

 

Digər təfərrüatlar açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır