Modern.az

“Heydər Əliyev İli" çərçivəsində UNEC-də görülmüş işlər YEKUNLAŞDI

“Heydər Əliyev İli

Aktual

30 Dekabr 2023, 18:20

Dekabrın 30-da “Heydər Əliyev İli" çərçivəsində UNEC-də görülmüş işlərin yekun tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən rektor, professor Ədalət Muradov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə UNEC-in tədbirlər planın uğurla həyata keçirildiyini bildirib. Rektor Ümummilli Liderin zəngin irsinin təbliği, tədqiqi və öyrənilməsi məqsədilə universitetin müxtəlif strukturları, tələbə təşkilatları və əməkdaşları tərəfindən nüfuzlu beynəlxalq konfransları, aktual mözvulara həsr olunan elmi müzakirələri, kitab təqdimatı və sərgiləri, eləcə də idman yarışlarını, müsabiqələri, olimpiadaları, 10 mindən çox ağacın əkildiyi ekoloji aksiyanı və müxtəlif layihələri əhatə edən 260-dan çox tədbirin keçirildiyini diqqətə çatdırıb.

 

Prof. Ədalət Muradov Ulu Öndərin tükənməz irsinin, misilsiz xidmətlərinin, ideyalarının və dövlətçilik ənənələrinin araşdırılmasının və təbliğinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

 

Sonra “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş tədbirlərə həsr edilən videoçarx nümayiş olunub.

Sonda tədbirlərin təşkilində xüsusi fəallığı ilə seçilən UNEC əməkdaşları təltif olunublar.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?