Modern.az

Prezidentliyə namizədlərin siyahısının dərci üçün ayrılan müddət başa çatır

Prezidentliyə namizədlərin siyahısının dərci üçün ayrılan müddət başa çatır

Aktual

17 Yanvar 2024, 08:30

Qeydə alınmış prezidentliyə namizədlərin siyahısının dərc edilməsi üçün ayrılan müddət sabah başa çatır.

 

Modern.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış namizədlərin siyahısının dərcini təmin etməlidir.

 

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV