Modern.az

Ölən və yaralanlar arasında azərbaycanlıların olub-olmaması dəqiqləşdirilir - Səfirlik

Ölən və yaralanlar arasında azərbaycanlıların olub-olmaması dəqiqləşdirilir - Səfirlik

Aktual

23 Mart 2024, 13:30

Moskvadakı “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması dəqiqləşdirilir.

 

Modern.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.

 

Qeyd edək ki, Moskva vilayəti Səhiyyə Nazirliyi “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin ilk siyahısını dərc edib. Siyahıda 37 nəfərin, o cümlədən azərbaycanlı olduğu ehtimal edilən 1983-cü il təvəllüdlü Vüqar Hüseynov adlı şəxsin adı var.

 

Rusiya İstintaq Komitəsi hadisə nəticəsində 93 nəfərin həlak olduğunu bildirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır