Modern.az

Məzahir Pənahov xaricdə yaşayan Azərbaycan vətəndaşlarına müraciət etdi

Məzahir Pənahov xaricdə yaşayan Azərbaycan vətəndaşlarına müraciət etdi

Aktual

31 İyul 2024, 10:26

Xaricdə yaşayan Azərbaycan vətəndaşları növbədənkənar parlament seçkilərində səs vermək üçün ölkəyə gəlməlidirlər.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında məlumat verib.

 

O, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına çağırış edərək bildirib: "Azərbaycanda 6400-ə yaxın seçki məntəqəsində səsvermə olacaq. Xarici ölkələrdə yaşayan vətəndaşlar seçki günü ölkədə olmağa, öz namizədlərinə səs verməyə çalışmalıdırlar".

 

Qeyd edək ki, seçki qanunvericiliyinin tələblərinə görə Milli Məclisə seçkilərdə xarici ölkələrdə seçki məntəqələri yaradılmır və səsvermə keçirilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu