Modern.az

Motosiklet su kanalına düşdü - Sürücü xəsarət aldı

Motosiklet su kanalına düşdü - Sürücü xəsarət aldı

Aktual

3 Avqust 2024, 17:45

Biləsuvar sakini motosikletlə kanala düşüb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

 

Belə ki, idarəetməni itirən sürücü motosikletni su kanalına aşırıb. Qəza nəticəsində 1987-ci il təvəllüdlü Məzahim Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu