Modern.az

21 şəhid övladı “Əmanətə sədaqət” düşərgəsində - FOTOLAR

21 şəhid övladı “Əmanətə sədaqət” düşərgəsində - FOTOLAR

Aktual

13 Avqust 2024, 10:18

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, “Azərlotereya” ASC-nin dəstəyi və “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə yerli və xarici ali təhsil müəssisələrində təhsil alan tələbə şəhid övladları üçün Türkiyənin Qaradəniz bölgəsində “Əmanətə sədaqət” yay düşərgəsinə start verilib. 

 

Modern.az xəbər verir ki, 21 tələbə şəhid övladının iştirak etdiyi düşərgənin ilk günündə iştirakçılar Sumela Monastrını, Aya Sofiya Məscidini və Atatürk Köşkünü ziyarət ediblər.

 

Qeyd edək ki, avqustun 16-dək davam edəcək düşərgə ərzində iştirakçılar karyera planlaması və şəxsi inkişaf, komanda işi və liderlik mövzuları üzrə peşəkar təlimlərdə iştirak edəcəklər.

 

1370511

1370512

1370513

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu