Modern.az

İKZF-nin reytinqi yüksəldilib

İKZF-nin reytinqi yüksəldilib

Aktual

13 Avqust 2024, 10:52

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyətinin yenidən qiymətləndirilməsi həyata keçirilib.

İKZF-dan Modern.az-a bildirilib ki, agentliyin qiymətləndirməsinə əsasən, fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+” səviyyəsindən “BBB-” səviyyəsinədək yüksəldilib. Bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib.

“Fitch”in mövqeyinə görə reytinqin ölkə reytinqinə bərabər “BBB-” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması fond ilə dövlət arasında möhkəm əlaqənin olması və onun əlverişli mənzil təminatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini asanlaşdırmaqla biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyətindən irəli gəlir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ Azərbaycanda kritik əməliyyat -Yüksək vəzifəli şəxs SAXLANILDI