Modern.az

Narkotikin təsiri altında avtobus sürdü, polis yaxaladı 

Narkotikin təsiri altında avtobus sürdü, polis yaxaladı 

Aktual

13 Avqust 2024, 11:06

Bərdədə narkotik vasitənin təsiri altında sərnişin mikroavtobusunu idarə edən sürücü həbs edilib.

 

Modern.az xəbər verir ki, Bərdə RPŞ-nin keçirdiyi tədbir zamanı rayondaxili marşrut xətti üzrə idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnișindaşıma qaydasını pozduğuna görə sürücü Murad Həsənli saxlanılıb.

 

Araşdırmalarla sürücünün hüququ olmadan avtomobili idarə etdiyi və narkotikin təsiri altında olduğu müəyyən edilib.

 

M.Həsənli barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarına əsasən o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu