Modern.az

AzInTelecom və AzQAC “Məktəbə Qayıdış” aksiyası keçirib - FOTO

AzInTelecom və AzQAC “Məktəbə Qayıdış” aksiyası keçirib - FOTO

Aktual

16 Sentyabr 2024, 09:26

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə birlikdə məktəbli uşaqlara dəstək məqsədilə aksiya həyata keçirib.

 

“Məktəbə Qayıdış” adlanan aksiya Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunda, işğaldan azad edilmiş ərazilərdə baş tutub. Aksiya çərçivəsində Füzuli və Xocavənd rayonlarının qəsəbə və kəndlərində məskunlaşmış 200 uşağa məktəbli çantası və digər ləvazimatlar hədiyyə edilib.

 

Sonda təşkilatçılar yeni tədris ilinin başlaması münasibətilə şagirdləri təbrik edərək dərslərində uğurlar arzulayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır