Modern.az

Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub

Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub

Aktual

16 Sentyabr 2024, 14:10

Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti xanım Asma Resmouki UNEC-də olub.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Bildirilib ki, rektor professor Ədalət Muradovla görüşən Asma Resmoukiyə mühasiblərin hazırlığı prosesi, UNEC-in MBA proqramı üzrə “Mühasibat uçotu” ixtisaslaşmasının ikinci dəfə 5 il müddətinə ACCA akkreditasiyasından keçməsi, MBA magistlərinin F1-F9 fənlərindən azad olmaları, eləcə də UNEC-də Kompüter əsaslı ACCA İmtahan Mərkəzinin yaradılması barədə ətraflı məlumat verilib.

Sonra tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!