Modern.az

Anar Abdulla cinayət məsuliyyətinə cəlb olundu

Anar Abdulla cinayət məsuliyyətinə cəlb olundu

Aktual

8 Aprel 2025, 22:15

İctimai fəal Anar Abdulla araşdırmaya cəlb olunub.

Modern.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, hüquq müdafiəçisi Anar Məmmədlinin cinayət işi üzrə aparılan istintaq araşdırmalarına cəlb olunub. 

A.Abdullaya qarşı Cinayət Məcəlləsinin yeddi maddəsi (qaçaqmalçılıq, qanunsuz sahibkarlıq vergidən yayınma və.s) ilə ittiham irəli sürülüb. O, həbs olunmayıb. Bakı Şəhər Baş Polis İdarəsinin qərarı ilə fəal barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Qeyd edək ki, Anar Məmmədli  bir müddət əvvəl qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Sizə yeni x var
Keçid et
Paşinyan Putini dəli etdi: Türkiyəni seçdi, Kremlə "yox" dedi