Modern.az

"Brent" nefti 1 dollardan çox bahalaşıb

"Brent" nefti 1 dollardan çox bahalaşıb

Aktual

15 Noyabr 2025, 09:33

Dünya əmtəə bazarlarında neft qiymətləri kəskin artım müşahidə olunub.


Modern.az xəbər verir ki, noyabrın 14-də Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin dekabr fyuçersləri 1,40 dollar və ya 2,39% artaraq bir barel üçün 60,09 dollar olub. ICE birjasında Brent markalı neftin 2026-cı ilin yanvar müqaviləsi isə 1,38 dollar və ya 2,19% yüksələrək 64,39 dollar səviyyəsində formalaşıb.


Analitiklər qeyd edirlər ki, neft qiymətlərində qeyd olunan artımın əsas səbəbi ABŞ-da kommersiya neft ehtiyatlarının gözlənildindən daha çox azalması, Yaxın Şərqdə geosiyasi risklərin təchizatla bağlı narahatlığı artırması və OPEC+ ölkələrinin hasilatı aşağı səviyyədə saxlamaq niyyətini yeniləməsidir. Bu faktorlar bazarda təklifin zəifləyəcəyi gözləntilərini gücləndirərək qiymətlərin yüksəlişinə səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-