Modern.az

"Mossad" rəhbəri: İrandakı missiyamız hələ başa çatmayıb

"Mossad" rəhbəri: İrandakı missiyamız hələ başa çatmayıb

Aktual

Bu gün, 16:07

"Mossad"ın direktoru David Barnea İranda həyata keçirilən fəaliyyətlərin davam etdiyini bildirib.

Modern.az xəbər verir ki, Barnea bu barədə Holokost qurbanlarının anım mərasimində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, təşkilatın missiyası yalnız İranda mövcud rejim dəyişdirildikdən sonra başa çatmış hesab olunacaq.

“Münaqişədə fasilə yarandıqdan dərhal sonra missiyanın bitəcəyinə inanmırdıq. Əksinə, planlaşdırmışdıq ki, kampaniyamız davam edəcək və Tehrana zərbələrdən sonrakı dövrdə də özünü göstərəcək”, – deyə o vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi