Modern.az

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar - FOTO

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar - FOTO

Aktual

Bu gün, 14:45

Aprelin 27-də Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları Xankəndi şəhərinə səfər edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, səfər çərçivəsində qonaqlara şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq layihələri barədə ətraflı məlumat verilib və bildirilib ki, Xankəndidə infrastrukturun yenilənməsi, müasir şəhər mühitinin formalaşdırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

Bərpa-quruculuq tədbirləri ilə yanaşı, doğma yurdlarından köçkün düşmüş sakinlərin Xankəndiyə qayıdışı da təmin olunur.

Artıq şəhərlə yanaşı, Kərkicahan qəsəbəsinə köç prosesi həyata keçirilib və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdirilir.

Diplomatik nümayəndələr şəhər gəzintisi zamanı Zəfər meydanı və Qarabağ Universitetində olublar. Onlar ali təhsil müəssisəsinin fəaliyyəti və tələbələr üçün yaradılan şəraitlə də maraqlanıblar.

Sizə yeni x var
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə