Modern.az

Bakıda maşın motosikletlə toqquşdu - VİDEO

Bakıda maşın motosikletlə toqquşdu - VİDEO

Aktual

Bu gün, 12:43

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

NİİM-dən Modern.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş verməsi bəzən bəzi sürücülərin yollarda tələskənliyi səbəbindən olur:

"Xüsusilə də svetoforun yaşıl işıq siqnalı tam yanmadan, həmçinin qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış sarı işıq siqnalında hərəkətə başlamaq qəzanın baş verməsi ilə nəticələnir. Belə sürücülərə bir daha xatırladırıq ki, svetoforun qırmızı rəngli işığının yanması və ya yanıb-sönməsi siqnalı hərəkəti qadağan edir. Bundan əlavə, sarı rəngli işığın yanması hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Hərəkət etmək üçün isə yaşıl rəngli işıq siqnalını gözləmək lazımdır.

Unutmayaq ki, svetoforun siqnallarına riayət etmək “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi ilə məcburidir".

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV