Modern.az

Azərbaycandan Ermənistana mal göndərildi

Azərbaycandan Ermənistana mal göndərildi

Aktual

9 May 2026, 10:42

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Belə ki, mayın 9-da Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndərilib.

Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə yola salınıb.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!